KOSMOPOISK-BAKU - Main Page
Çərşənbə, 10.02.2010, 03:39
Logged in as Guest | Group "Guests" | RSS

Космопоиск Баку

KOSMOPOISK BAKI

COSMOSEARCH BAKU

Ufoloji Araşdırmalar Mərkəzi

Main
My profile
Log out
Menyu

Xəbər kateqoriyaları
Ufologiya [27]
Uçan Naməlum Obyektlər haqqında
Möcüzələr [2]
Dünyada baş verən möcüzələr haqqında
Dini [0]
Dini xəbərlər
Texnologiya [0]
Texnoloji nailiyyətlər
Təşkilat xəbərləri [5]
Kosmopoisk Azərbaycana məxsus məlumatlar
Digər [1]
Kateqoriyasız xəbərlər
Elanlar [2]
Elan və bildirişlər
İstifadəçi xəbərləri [0]
Saytın istifadəçiləri və qonaqları tərəfindən göndərilmiş xəbərlər

Mini chat
200

Sorgu
Saytı qiymətləndir
Cəmi cavablar: 36


Ufoloji Araşdırmalar Mərkəzi---Kosmopoisk-Baku---Ufoloji Araşdırmalar Mərkəzi---Kosmopoisk-Baku---ufolog686@mail.ru

1989-91-ci illərdə Bakı və Abşeronda "qar adamı"nı xatırladan tək gözlü müəmmalı varlıqlara rast gəlinib 

Odissey və onu müşayiət edənlərin səyahəti zamanı onlar qəribə macəralar yaşayırlar. Bunların içərisində ən möcüzəlilərindən biri səyahətçilərin rastlaşdığı müəmmalı varlıqlar-sikloplar (təpəgöz) idi. Məlumdur ki, sikloplar nəhəng boyları və alınlarının ortasında yerləşən iri tək gözləri ilə fərqlənirlər. Əgər fermer Stoffel Koetzi olmasaydı, sikloplar yaddaşlarda mifik personaj kimi qala bilərdilər. Bu adam ömrünün böyük bir hissəsini təpəgözlərin axtarışına həsr edib. Görünür, Stoffel Koetzidə məlum həvəsi Henrix Şliman oyadıb. Axı, Şliman şəhəri və qiymətli xəzinəni tapana kimi Troyanın mövcudluğunu hamı inkar edirdi. 
Bax, Stoffel Koetzi də sübut etmək istədi ki, təpəgözlər mifik personajlar deyil, reallıqdır. S.Koetzi təkcə Homerin deyil, Cənubi Afrika Respublikasının Transvaal əyalətinin aborigenlərinin danışdıqları rəvayətlərdən də yararlanıb. Bir gün S.Koetzi qaya... Arxasını oxu »
Category: Möcüzələr | Views: 561 | Added by: kosmopoisk-baku | Date: 30.06.2009 | Comments (1)

UFOLOQ FUAD QASIMOV NİYƏ ÖLDÜ? 

Dünya şöhrətli alimi işdən qovmaqla ölümünə səbəb oldular



Dəbdəbələr, təmtəraqlar, əyləncələr məmləkətində ötən ay bir alim dünyasını dəyişdi. O, qeyri-adi peşənin sahibi idi. Çoxlarına naməlum olan uçan boşqabların "dilini", sirrini bilirdi. Nə yazıq ki, nüfuzlu beynəlxalq təşkilatların fəxri akademiki olan ufoloq Fuad Qasımovun yaşadığı məmləkətdə qədri, qiyməti bilinmədi. Onu ölümə məhkum etdilər.



Nüfuzuna, şöhrətinə qıcıqlananlar tərəfindən son ümid çırağından da məhrum edildi...
Tədqiqatları ilə ABŞ prezidentinin diqqətini çəkən alimin keçdiyi həyat yolunu, müəmmalı ölümünün səbəblərini öyrənmək üçün qapısını döydük. Həyat yoldaşı Rəna xanım hələ də can yoldaşının ölümünə inanmır. Onunla bağlı xatirələrini danışır, amma ala gözləri qapıdan çəkilmir. "Hər dəfə qapını açanda şükür edirdim" Azərbaycan Milli Aerokosmik Tədqiqatlar İnstitutunun əməkdaşı Fuad Qasımova qarşı həmişə qısqan... Arxasını oxu »
Attachments: Şəkil 1
Category: Təşkilat xəbərləri | Views: 235 | Added by: kosmopoisk-baku | Date: 30.06.2009 | Comments (1)

ATLANTİDA
Həqiqət, yoxsa əfsanə?

Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinib. Təxminən 2 min il yaşı olan həmin əsərlərdə Atlantida adasının Atlantik okeanda yerləşdiyi qeyd olunur. Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır. Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi.



Filosof Atlantida barəsində qeyd¬lərini belə yekunlaşdırır: “Dəhşətli zəl¬zələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur”. 
Platona inanmaq olarmı? 
Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okean... Arxasını oxu »
Category: Ufologiya | Views: 385 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (4)

Şeytan üçbucağı…

və yaxud «qaniçən zona» 
Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazi var. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli, müdhiş ərazisi hesab olunur. Buraya «Atlantik qəbiristanlığı», «ölüm və ya şeytan üçbucağı» da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Kristofor Kolumbun donanması olub.
Sirli müammalardan biri - «Meri Selist» gəmisi 
Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan ingi¬lis gəmisi təsadüfən «Meri Selist» gə¬misinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı. 
Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axta... Arxasını oxu »
Category: Möcüzələr | Views: 242 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (1)

Kopernikin məzarı tapıldı

Müasir astronomiyanın qurucusu qəbul edilən Kopernikin məzarının yerləşdiyi yer dəqiqləşib. Alimlər Kopernikin kəlləsinin qalıqlarından təxmini olaraq onun üz şəklini yaradıblar. 

 



Nikolas Kopernikin harada dəfn edilməsi, saç və diş qalıqlarının DNT nümunələri sayəsində aşkara çıxarılıb. Belə ki, Polşadakı Pultusk Antropologiya və Arxeologiya İnstitutunun professoru Jerzy Qassovski, 2005-ci ildən aparılan qazıntılarda tapılan bir kəllə ilə sümüklərin astronoma aid olduğunu bildirib.
Polşalı və İsveçli araşdırmaçılar, Kopernikin həyatı boyunca əlindən yerə qoymadığı Cohannes Stoefflerin 1518-ci ildə yazdığı "Calendarium Romanım Magnum" adlı kitabında Kopernikə məxsus 12 saç telini əldə edirlər. Bu çox qiymətli genetik maddənin DNT-si, Fromborkda tapılan kəllə və sümüklərlə müqayisə edildikdən sonra onların eyni insana məxsus olduğu aydınlaşır.
Uppsala Universitetindən Marie Allen, "Kitabda tapılan 12 ... Arxasını oxu »
Attachments: Şəkil 1
Category: Ufologiya | Views: 202 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (0)

Astronomlar digər ulduzların ətrafında fırlanan 340 planet taparaq, onların arasında xarakteristikasına görə Yer kürəsinə bənzəyən iki planet aşkar ediblər. 


Lent.az-ın “The Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, hər iki planet Yerdən 20 işıq ili məsafəsində olan Gliese 581 ulduzunun ətrafında fırlanır.

Hardfordşir Universitetinin alimləri bildiriblər ki, ulduzlardan biri – Gliese 581 e – Yer kürəsindən 2 dəfə böyükdür. Bununla yanaşı o, Günəş sistemindən kənarda yerləşən planetlər arasında ən kiçiyidir.

Alimlər bunu böyük hadisə hesab edirlər: “Bu hadisə gələcəkdə Yer kürəsinə bənzəyən və canlılar yaşayan planetin tapılmasında kömək edə bilər”. 

Gliese 581 d adlandırılan ikinci planet Yer kürəsindən 7 dəfə böyükdür. Bu yeganə planetdir ki, öz ulduzu ətrafında həyat üçün vacib zonada fırlanır – planetdə su maye şəklindədir. Alimlər orada minlərlə metr dərinliyi olan okeanların mövcud olduğunu istisna etmirlər.


http:... Arxasını oxu »

Category: Ufologiya | Views: 223 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (1)

Gələcək təxmini adı ilə nəzərdə tutulan, gələcək bir zamanda yaşanacaq hadisəni təxmin etməksə, bunu edən adamın adı kahindir. İqtisadçılar, birjaçılar, meteoroloqlar bir mənada gələcəyi təxmin etməyə çalışar. Bu kəslərin istifadə etdiyi metod, keçmiş trend və dövrləri əsas götürərək edilən analizlərdir. 
Astroloqlar da eyni şəkildə kainatın trendlerini və dövrlərini əsas götürərək gələcək haqqında şərh edə bilər. Ancaq fırtına birdən yavaşlaya bilər, şirkətin baş müdüri infarkt keçirə bilər, iqtisadiyyatda gözlənilməz bir hadisə ola bilər... Astroloqlar da təxminlərində yanıla bilər. Metodu nə olursa olsun kimsə gələcəyi yüz faiz təxmin edə bilməz. 
Bir astroloq sizə, "Yeni iş qurmaq üçün bu dövr, bu dövrdən daha yaxşıdır" və ya "Yaz sonu yeni bir eşq ehtimalı ola bilər" dediyi zaman, bu ehtimalı reallaşdırıb reallaşdırmamaq sizin əlinizdədir. Bu, yüzdə yüz yeni işiniz və ya yeni eşqiniz olacaq demək deyil. Təbiətin enerjisi o dövrə daha uyğundur və... Arxasını oxu »
Category: Ufologiya | Views: 211 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (0)

Rusiyanın tanınmış astroloqu Pavel Qloba dünyanın gələcəyi ilə bağlı növbəti proqnozlarını verib. P.Qlobanın proqnozuna görə, iqtisadi böhran 2020-ci ilə qədər davam edəcək. Nəticədə dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər olacaq və geosiyasi güclər nisbəti kökündən dəyişəcək. Astroloq onu da nəzərə çatdırıb ki, o, iqtisadi böhranın olacağı barədə hələ 1999-cu ildə proqnoz verib. 



P.Qloba 2014-cü ili insanlığın 3-cü Dünya müharibəsinə yaxınlaşması ili kimi dəyərləndirib: «2014-cü ili olduqca təhlükəli görürəm. Bu ildə Uran Oğlaq bürcündə olacaq. Bu dönəmi gərgin savaş dönəmi kimi də qiymətləndirmək olar. Mən Şərqdə ardıcıl, uzunmüddətli müharibənin başlanmasından qorxuram. Allah eləməsin ki, bu, İranla bağlı olsun. Çünki belə olan halda terrorizmi nəzarətdə saxlaya bilməyəcəyik».

Astroloq Rusiya ilə bağlı olan proqnozlarını da verib. Bildirib ki, 2014-cü ilə qədər Rusiyada müharibə gözlənilmir. Amma ölkə daxilində gərg... Arxasını oxu »

Category: Ufologiya | Views: 253 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (1)

NASA kosmos agentliyi su axtarmaq və uyğun eniş yerləri araşdırmaq üçün iyunda 2 kosmik gəmini Aya göndərəcək. SİA-nın məlumatına görə, bu barədə agentliyin mütəxəssisi Mayk Varqo açıqlama verib. O, qeyd edib ki, göndərilən insansız gəmilərdən biri Ayda su axtaracaq, digəri isə - eniş yerləri tapmaq üçün kosmos vasitəsini daşıyan "Atlas V" raketi 17 iyunda Floridadakı "Cape Canaveral"dan göndəriləcək. 

Varqo NASA-nın Ayda təhlükəsiz məlumat toplamağı və kəşf etməyi qarşısına məqsəd qoyduğunu bildirib. NASA-nın insansız kosmik gəmini Ayın hələ bilinməyən qütb bölgələrinə də göndərəcəyini deyən mütəxəssis vurğulayıb ki, bu bölgələrdə hidrogen və buz olacağı istiqamətində də məlumatları təsdiqləməyə çalışacaqlar.

Attachments: Şəkil 1
Category: Ufologiya | Views: 207 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (0)

ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 32 il əvvəl peyklə kosmosa göndərib.

APA-nın ABŞ bürosunun məlumatına görə, “Voyager” adlanan peykin kosmosa yollanması simvolik xarakter daşıyıb. 1970-ci illərin ortalarında NASA Günəş sistemindən kənarda intellektin olmasını ehtimal edərək, oraya Dünyanın sakinləri, mədəniyyəti haqqında məlumat göndərmək qərarına gəlir. 

Dünyadan kənar canlılara yollanacaq məlumatın məzmununu müəyyən etmək hüququ tanımış astronom Karl Saqana (Carl Sagan) həvalə olunur. İngilis, rus, türk və digər 52 xalqın dilində yazılmış “Salam” ifadəsi ilə yanaşı, professor 27 ölkənin musiqi əsərini seçir. 

K. Saqan dünya şöhrətli Bax və Motsartın əsərlərini, habelə balabanda ifadə olunan Azərbaycan muğam parçasını da peykin məlumat bazasına əlavə edir. Ən son məlumata görə, “Voyager” peykinin daşıdığı muğam incisi 2008-ci ildə Günəş sistemini tərk edib.

 

http://www.... Arxasını oxu »

Attachments: Şəkil 1
Category: Ufologiya | Views: 196 | Added by: kosmopoisk-baku | Date: 11.06.2009 | Comments (0)

1 2 3 ... 9 10 »

Giriş
E-mail:
Password:

Xəbər təqvimi
«  Fevral 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

Cəmi online olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
 

Kosmopoiskbaku.tk

-----UNO-----

Heyat sadece gorduklerinizden ibaret deyil

Onlar movcuddurlar!!!

Ufolog686@mail.ru


k
o
d

 

IP adresi

Copyright MyCorp © 2010