Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinib. Təxminən 2 min il yaşı olan həmin əsərlərdə Atlantida adasının Atlantik okeanda yerləşdiyi qeyd olunur. Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır. Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi.
Filosof Atlantida barəsində qeyd¬lərini belə yekunlaşdırır: “Dəhşətli zəl¬zələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur”. Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okean... Arxasını oxu »
Müasir astronomiyanın qurucusu qəbul edilən Kopernikin məzarının yerləşdiyi yer dəqiqləşib. Alimlər Kopernikin kəlləsinin qalıqlarından təxmini olaraq onun üz şəklini yaradıblar.
Nikolas Kopernikin harada dəfn edilməsi, saç və diş qalıqlarının DNT nümunələri sayəsində aşkara çıxarılıb. Belə ki, Polşadakı Pultusk Antropologiya və Arxeologiya İnstitutunun professoru Jerzy Qassovski, 2005-ci ildən aparılan qazıntılarda tapılan bir kəllə ilə sümüklərin astronoma aid olduğunu bildirib. Polşalı və İsveçli araşdırmaçılar, Kopernikin həyatı boyunca əlindən yerə qoymadığı Cohannes Stoefflerin 1518-ci ildə yazdığı "Calendarium Romanım Magnum" adlı kitabında Kopernikə məxsus 12 saç telini əldə edirlər. Bu çox qiymətli genetik maddənin DNT-si, Fromborkda tapılan kəllə və sümüklərlə müqayisə edildikdən sonra onların eyni insana məxsus olduğu aydınlaşır. Uppsala Universitetindən Marie Allen, "Kitabda tapılan 12 ... Arxasını oxu »
Astronomlar digər ulduzların ətrafında fırlanan 340 planet taparaq, onların arasında xarakteristikasına görə Yer kürəsinə bənzəyən iki planet aşkar ediblər.
Lent.az-ın “The Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, hər iki planet Yerdən 20 işıq ili məsafəsində olan Gliese 581 ulduzunun ətrafında fırlanır.
Hardfordşir Universitetinin alimləri bildiriblər ki, ulduzlardan biri – Gliese 581 e – Yer kürəsindən 2 dəfə böyükdür. Bununla yanaşı o, Günəş sistemindən kənarda yerləşən planetlər arasında ən kiçiyidir.
Alimlər bunu böyük hadisə hesab edirlər: “Bu hadisə gələcəkdə Yer kürəsinə bənzəyən və canlılar yaşayan planetin tapılmasında kömək edə bilər”.
Gliese 581 d adlandırılan ikinci planet Yer kürəsindən 7 dəfə böyükdür. Bu yeganə planetdir ki, öz ulduzu ətrafında həyat üçün vacib zonada fırlanır – planetdə su maye şəklindədir. Alimlər orada minlərlə metr dərinliyi olan okeanların mövcud olduğunu istisna etmirlər.
Gələcək təxmini adı ilə nəzərdə tutulan, gələcək bir zamanda yaşanacaq hadisəni təxmin etməksə, bunu edən adamın adı kahindir. İqtisadçılar, birjaçılar, meteoroloqlar bir mənada gələcəyi təxmin etməyə çalışar. Bu kəslərin istifadə etdiyi metod, keçmiş trend və dövrləri əsas götürərək edilən analizlərdir. Astroloqlar da eyni şəkildə kainatın trendlerini və dövrlərini əsas götürərək gələcək haqqında şərh edə bilər. Ancaq fırtına birdən yavaşlaya bilər, şirkətin baş müdüri infarkt keçirə bilər, iqtisadiyyatda gözlənilməz bir hadisə ola bilər... Astroloqlar da təxminlərində yanıla bilər. Metodu nə olursa olsun kimsə gələcəyi yüz faiz təxmin edə bilməz. Bir astroloq sizə, "Yeni iş qurmaq üçün bu dövr, bu dövrdən daha yaxşıdır" və ya "Yaz sonu yeni bir eşq ehtimalı ola bilər" dediyi zaman, bu ehtimalı reallaşdırıb reallaşdırmamaq sizin əlinizdədir. Bu, yüzdə yüz yeni işiniz və ya yeni eşqiniz olacaq demək deyil. Təbiətin enerjisi o dövrə daha uyğundur və... Arxasını oxu »
Rusiyanın tanınmış astroloqu Pavel Qloba dünyanın gələcəyi ilə bağlı növbəti proqnozlarını verib. P.Qlobanın proqnozuna görə, iqtisadi böhran 2020-ci ilə qədər davam edəcək. Nəticədə dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər olacaq və geosiyasi güclər nisbəti kökündən dəyişəcək. Astroloq onu da nəzərə çatdırıb ki, o, iqtisadi böhranın olacağı barədə hələ 1999-cu ildə proqnoz verib.
P.Qloba 2014-cü ili insanlığın 3-cü Dünya müharibəsinə yaxınlaşması ili kimi dəyərləndirib: «2014-cü ili olduqca təhlükəli görürəm. Bu ildə Uran Oğlaq bürcündə olacaq. Bu dönəmi gərgin savaş dönəmi kimi də qiymətləndirmək olar. Mən Şərqdə ardıcıl, uzunmüddətli müharibənin başlanmasından qorxuram. Allah eləməsin ki, bu, İranla bağlı olsun. Çünki belə olan halda terrorizmi nəzarətdə saxlaya bilməyəcəyik».
Astroloq Rusiya ilə bağlı olan proqnozlarını da verib. Bildirib ki, 2014-cü ilə qədər Rusiyada müharibə gözlənilmir. Amma ölkə daxilində gərg... Arxasını oxu »
NASA kosmos agentliyi su axtarmaq və uyğun eniş yerləri araşdırmaq üçün iyunda 2 kosmik gəmini Aya göndərəcək. SİA-nın məlumatına görə, bu barədə agentliyin mütəxəssisi Mayk Varqo açıqlama verib. O, qeyd edib ki, göndərilən insansız gəmilərdən biri Ayda su axtaracaq, digəri isə - eniş yerləri tapmaq üçün kosmos vasitəsini daşıyan "Atlas V" raketi 17 iyunda Floridadakı "Cape Canaveral"dan göndəriləcək.
Varqo NASA-nın Ayda təhlükəsiz məlumat toplamağı və kəşf etməyi qarşısına məqsəd qoyduğunu bildirib. NASA-nın insansız kosmik gəmini Ayın hələ bilinməyən qütb bölgələrinə də göndərəcəyini deyən mütəxəssis vurğulayıb ki, bu bölgələrdə hidrogen və buz olacağı istiqamətində də məlumatları təsdiqləməyə çalışacaqlar.
ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 32 il əvvəl peyklə kosmosa göndərib.
APA-nın ABŞ bürosunun məlumatına görə, “Voyager” adlanan peykin kosmosa yollanması simvolik xarakter daşıyıb. 1970-ci illərin ortalarında NASA Günəş sistemindən kənarda intellektin olmasını ehtimal edərək, oraya Dünyanın sakinləri, mədəniyyəti haqqında məlumat göndərmək qərarına gəlir.
Dünyadan kənar canlılara yollanacaq məlumatın məzmununu müəyyən etmək hüququ tanımış astronom Karl Saqana (Carl Sagan) həvalə olunur. İngilis, rus, türk və digər 52 xalqın dilində yazılmış “Salam” ifadəsi ilə yanaşı, professor 27 ölkənin musiqi əsərini seçir.
K. Saqan dünya şöhrətli Bax və Motsartın əsərlərini, habelə balabanda ifadə olunan Azərbaycan muğam parçasını da peykin məlumat bazasına əlavə edir. Ən son məlumata görə, “Voyager” peykinin daşıdığı muğam incisi 2008-ci ildə Günəş sistemini tərk edib.
Fransız ufoloqu Emme Mişel bir dəfə belə bir eksperiment aparmışdır. O, Fransanın xəritəsində UNO müşahidə olunduğu yerləri qeyd etmişdir. Müəyyən olunmuşdur ki, bir gün ərzində UNO-ların müşahidə olunması barədə məlumatlar xəritədə düz xətt boyunca yerləşən yerlərdən gəlir. Özü də söhbət düz xətt boyunca uçan bir UNO-dan deyil, müxtəlif formaya malik fərqli “aparatlar”dan gedirdi. Mişel bunu qanunauyğunluq hesab etmiş və bu barədə “Sirli izaholunmaz obyektlər” kitabında söz açmışdır. Bu cür müşahidələri yeni zelandiyalı Bryus Kati də aparmışdır. Kati də Avstraliya və Yeni Zelandiyanın xəritələrində UNO-ların müşahidə olunduğu yerləri işarə etmişdir. Bütün bu nöqtələr üfüqi və şaquli düz xətlər boyunca düzülmüşdülər. Özü də bu xətlər düz bucaq altında kəsişərək kvadrat tor əmələ gətirirdilər ki, kvadratın bir tərəfi 33 dəniz milinə (1 mil = 1852 metr) bərabərdir. Ufoloqlar Reymon Lavye və Şarl Qarro bu rəqəmlərin doğruluğunu yoxlamaq üçün Fransa xəritəsi üzərində Bryus Kartinin ... Arxasını oxu »
Число цивилизаций в нашей галактике пересчитано заново
Млечный Путь наверняка обладает не одной планетой со столь же благоприятными для жизни условиями, как у нас. На некоторых из таких миров могут существовать развитые цивилизации. Древняя мысль и простая. Но вот оценка числа планет, населённых разумными существами… Хотя и кажется, что таковой подсчёт может быть лишь спекулятивным, новый научный подход выдаёт поразительные результаты...
Дункан Форган (Duncan Forgan) из университета Эдинбурга (University of Edinburgh) разработал новый способ вычисления количества внеземных разумных и технически развитых цивилизаций. Для энтузиастов, десятилетиями пытающихся поймать "позывные со звёзд", полученные Форганом результаты - как бальзам на душу. Однако прежде чем поговорить о них - немного предыстории.
О планетах у других солнц и даже о множественности обитаемых миров говорили ещё древние философы (к примеру, одним из первых об этом... Arxasını oxu »