Bazar ertəsi, 23.11.2009, 06:16
Welcome Guest | RSS
Ufoloji Araşdırmalar Mərkəzi
Main
Registration
Login
Site menu

News topics
Ufologiya [27]
Uçan Naməlum Obyektlər haqqında
Möcüzələr [2]
Dünyada baş verən möcüzələr haqqında
Dini [0]
Dini xəbərlər
Texnologiya [0]
Texnoloji nailiyyətlər
Təşkilat xəbərləri [5]
Kosmopoisk Azərbaycana məxsus məlumatlar
Digər [1]
Kateqoriyasız xəbərlər
Elanlar [2]
Elan və bildirişlər
İstifadəçi xəbərləri [0]
Saytın istifadəçiləri və qonaqları tərəfindən göndərilmiş xəbərlər

Tag Board
200

Our poll
Saytı qiymətləndir
Cəmi cavablar: 34

Main » 2009 » İyun » 11 » Astrologiya nədir?
Astrologiya nədir?
18:38
Gələcək təxmini adı ilə nəzərdə tutulan, gələcək bir zamanda yaşanacaq hadisəni təxmin etməksə, bunu edən adamın adı kahindir. İqtisadçılar, birjaçılar, meteoroloqlar bir mənada gələcəyi təxmin etməyə çalışar. Bu kəslərin istifadə etdiyi metod, keçmiş trend və dövrləri əsas götürərək edilən analizlərdir. 
Astroloqlar da eyni şəkildə kainatın trendlerini və dövrlərini əsas götürərək gələcək haqqında şərh edə bilər. Ancaq fırtına birdən yavaşlaya bilər, şirkətin baş müdüri infarkt keçirə bilər, iqtisadiyyatda gözlənilməz bir hadisə ola bilər... Astroloqlar da təxminlərində yanıla bilər. Metodu nə olursa olsun kimsə gələcəyi yüz faiz təxmin edə bilməz. 
Bir astroloq sizə, "Yeni iş qurmaq üçün bu dövr, bu dövrdən daha yaxşıdır" və ya "Yaz sonu yeni bir eşq ehtimalı ola bilər" dediyi zaman, bu ehtimalı reallaşdırıb reallaşdırmamaq sizin əlinizdədir. Bu, yüzdə yüz yeni işiniz və ya yeni eşqiniz olacaq demək deyil. Təbiətin enerjisi o dövrə daha uyğundur və bunu istifadə etmək adamın öz iradəsindədir. Eyni vəziyyət kollektiv sahədə də etibarlıdır. Astrologiya, məsələn bir cəmiyyətin yaşadığı ağrılı hadisəsni əvvəldən təxmin etmək yerinə, "Necə bir mühitdə və vaxtda yaşayırıq?" sualına cavab verə bilər. Bu mühitin doğuracağı hadisələr isə naməlumdur.


ASTROLOGİYANIN MƏNTİQİ 

"Biz müəyyən bir vaxtda, müəyyən bir yerdə doğulduq və eynilə köhnəlmiş bir şərab kimi, doğulduğumuz ilin və mövsümün xüsusiyyətlərini daşıyırıq. Astrologiya bundan başqa bir şey iddia etməz..." 

-Carl Jung (psixiatr/Psixanalist)

Astrologlardan tez-tez soruşulan sual, planetlərin insanlar üzərində bir təsiri olub olmadığıdır. Təəssüf ki, vərdiş etdiyimiz bu tip bir düz məntiq, astrologiya üçün etibarlı deyil. Qısaca, insanlarla planetlər arasında görülməyən güclər və ya bir cazibə qüvvəsi yoxdur. Astrologiyanın təməli, kainatın bir bütün olduğunu qəbul etməyə söykənir. O anın enerjisi; planetlərdə, təbiətdə və insanlarda eyni təsiri yaradar. Yalnız minlərlə illik məlumat təcrübəsi antik çağlardakı insanların müqəddəs qəbul etdiyi səmaya əks etdirilmişdir. Onlar dənizdəki dalğa köpüklərini də bu qədər tədqiq etmiş olsaydılar, bu gün köpükləri də oxuya biləcək məlumat təcrübəmiz ola bilərdi.

ASTROLOGİYANIN DƏYƏRİ

Astrologiyanın insanlara verdiyi ən böyük dəyər, doğulduğu anın izlərinə baxaraq insanın öz mənliyini anlamağa verdiyi köməkdir. Astroloqlar doğum xəritəsini şərh edərək sizə, məsələn niyə eyni növ əlaqələrin içinə girdiyinizi, niyə həmişə çalışdığınız kəslərin sizə təzyiq etmək istədiyini, niyə seksual ehtiyaclarınızın təmin edilə bilmədiyini, niyə həmişə özünüzü borca soxduğunuzu, niyə uşaq sahibi olmaq və ya olmamaq mövzusundakı qərarı verə bilmədiyinizi anlamanıza kömək edə bilər. 
İç dünyamızı, daha doğrusu şüuraltımızı anladıqdan sonra, inkişaf edən hadisələrə süründürülmək yerinə öz seçimlərimizi edə bilərik. Daha əvvəl bizi üzən növdə bir hadisəyə artıq fərqinə vararaq yaxınlaşa bilərik. Astrologiya bizə bu fərqindəolmağı və seçim şansını verir. Onun verdiyi baxış açısı ilə qədərimiz üçün ulduzları günahlandırmaq yerinə, həyatımızın məsuliyyətini əlimizə ala bilərik.


http://www.eysar.azeriblog.com/2009/05/13/astrologiya-nedir

Category: Ufologiya | Views: 129 | Added by: kosmopoisk-baku | Rating: 0.0/0 |
Total comments: 0
Name *:
Email:
Code *:
Login form
E-mail:
Password:

News calendar
«  İyun 2009  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930

Search

Site friends

Statistics

Cəmi online olanlar: 0
Qonaqlar: 0
İstifadəçilər: 0


Copyright MyCorp © 2009