Saytın istifadəçiləri və qonaqları tərəfindən göndərilmiş xəbərlər
Tag Board
Our poll
Main » 2009 » İyun » 11 » Yer kürəsinə oxşayan iki planet tapıldı
Yer kürəsinə oxşayan iki planet tapıldı
18:40
Astronomlar digər ulduzların ətrafında fırlanan 340 planet taparaq, onların arasında xarakteristikasına görə Yer kürəsinə bənzəyən iki planet aşkar ediblər.
Lent.az-ın “The Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, hər iki planet Yerdən 20 işıq ili məsafəsində olan Gliese 581 ulduzunun ətrafında fırlanır.
Hardfordşir Universitetinin alimləri bildiriblər ki, ulduzlardan biri – Gliese 581 e – Yer kürəsindən 2 dəfə böyükdür. Bununla yanaşı o, Günəş sistemindən kənarda yerləşən planetlər arasında ən kiçiyidir.
Alimlər bunu böyük hadisə hesab edirlər: “Bu hadisə gələcəkdə Yer kürəsinə bənzəyən və canlılar yaşayan planetin tapılmasında kömək edə bilər”.
Gliese 581 d adlandırılan ikinci planet Yer kürəsindən 7 dəfə böyükdür. Bu yeganə planetdir ki, öz ulduzu ətrafında həyat üçün vacib zonada fırlanır – planetdə su maye şəklindədir. Alimlər orada minlərlə metr dərinliyi olan okeanların mövcud olduğunu istisna etmirlər.
ey camaat bilin ki alllah 12 min alem yaradib yeni dunya kimi yer oralarda bilmirlerki ADEM HEVVA olub ya yox amma BILIRLERKI SONUNCU PEYGEMBER MUHEMMED(s.a.a.s) ve EHLI-BEYTI VAR YENI 12 IMAM HEDIS IMAM SADIQ (a.s) dandi qardashlar ve bacilar